Kredit üzrə kiçik mütəxəssis

Tam ştat Son müraciət tarixi: 30.11.2024

Ümumi məlumat:

  • Əmək haqqı: 400 AZN+bonus
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00

Öhdəliklər:

  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
  • Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
  • Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
  • Verilmiş kreditlərin monitorinqinin aparılması.


Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Analitik düşüncə, riyazi təfəkkür, effektiv ünsiyyət və komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür.