Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi
Tam ştat
Son müraciət tarixi: 31.10.2025
Ümumi məlumat:
·Əmək haqqı: 1300-1500 AZN
·İş yeri : Bakı şəh, Nərimanov rayonu
·Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
·6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
Öhdəliklər:
· Fiziki şəxslərə aid problemli kreditlər üzrə məhkəməyəqədər mərhələdə iş aparır:
- ödənişlərin bərpa edilməsi məqsədilə öhdəliklərini yerinə yetirməyən müştərilərlə, onların zaminləri və ailə üzvləri ilə əlaqə yaradır, müvafiq yazışmaları həyata keçirir, zəruri olduqda onların ev, iş, biznes ünvanlarına səfərlər edir və görüşlər keçirir;
- öhdəliklərini yerinə yetirməyən müştərilərin (əsas borclu və zamin/lər) mülkiyyətində olan əmlakları və gəlirləri barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq orqanlara mütəmadi olaraq sorğu göndərir.
·İcraatında olan məhkəməyə qədər borcu qaytarmayan müştərilərlə aparılmış işin müsbət nəticəsi olmadığı halda müəyyən edilmiş gün müddətində işin məhkəməyə hazırlanması üçün işi aidiyyatı şəxslərə təqdim edir;
·İcra mərhələsində olan problemli kreditlərlə aşağıdakı qaydada iş aparır:
·İşin məhkəməyə verilməsindən sonra müştəri və zaminlərlə mütəmadi olaraq əlaqə yaradır və məhkəmə prosesini nəzərdə saxlayır;
· BOKT-ni ixtisaslaşdırılmış hərraclarda təmsil edir, əmlak BOKT-nin balansına götürülə bilərsə, təklifi hazırlayaraq rəhbərliyin müzakirəsinə çıxarır, hərracla bağlı bütün prosesləri təşkil edərək bütün növ sənədləşmə və yazışmaları aparır;
· Məhkəmə qərarlarının icra mərhələsində əmlakın qiymətləndirilməsi prosesində iştirak edərək, BOKT-ni təmsil edir, bütün növ sənədləşmə və yazışmaları aparır.
· İcraatında olan işlərlə bağlı bütün yazışmaların müvafiq qeydiyyatını aparmaqla surətini işə əlavə edir və görülmüş işləri barədə BOKT-nin proqramında müvafiq qeydlər aparır;
· Borcların yığılmasının nəticələri və onların cari statusu, cari borclu müştərilər barədə və tələb olunan digər məlumatlara dair hesabatlar tərtib edərək vaxtlı-vaxtında şöbə müdirinə təqdim edir.
Tələblər: