Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi

Tam ştat Son müraciət tarixi: 03.05.2024

Ümumi məlumat:

·Əmək haqqı: NETT 650 AZN+bonus

·İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.

·Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

·6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

Öhdəliklər:

·      Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;

·      Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;

· Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;

·      BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;

·      Əlaqəli qurumlarla əlaqələri idarə etmək, məktublar və sorğular göndərmək;

·      Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;

·      Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.