“MJ Financial Services BOKT” illik 13.5% ilə borc cəlb edir

18 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” QSC-nin ümumi dəyəri 750 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. 

1 dekabr 2022-ci il taixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmələr üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti  

Hərrac tarixi

Kupon faizlərinin ödəniş müddəti
750

(ədəd)

1,000 manat 13.5% 18 ay 01.12.2022 Hər 90 gündən bir

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.